Tskan - Ləzgi mətbəxinin ən tanınmış yeməklərindən biridir. Nənəmin reseptilə əsl ləzgi kələm tskanı hazırladım.
Xəmir üçün
İçlik üçün
Üzəri üçün
Hazırlanma qaydası
- 1.Una duz əlavə edib, xəmir konsistensiyası alınana kimi az-az su əlavə edib yaxşıca yoğururuq. Sonra üstünü örtüb yarım saat dincəldirik.
- 2.Xəmiri 3 kündəyə bölürük: 2 böyük (alt və üst üçün, hərəsi təxmini 330 q), 1 balaca (orta üçün, təxmini 230 q). Yenidən yarım saat dincəldirik.
- 3.Kündələri yayırıq, üzərinə əridilmiş kərə yağı çəkib qatlayıb kündələyirik. Yarım saat da dincəldirik.
- 4.Kələmi nazik doğrayırıq, üzərinə duz əlavə edib əllərimizlə sıxırıq ki, həcmi azalsın.
- 5.Ardınca doğranmış kartof, soğan, göyərti, kəklikotu, lazım olduqca duz və qara istiot, əridilmiş kərə yağı əlavə edib qarışdırırıq.
- 6.Balaca kündəni tavaya uyğun yayıb tavada azca yağla bişirib qırağa qoyuruq.
- 7.Tava soyuyandan sonra dibinə yenidən kərə yağı əlavə edirik. Böyük kündəni yayıb tavaya qoyuruq.
- 8.Üzərinə tərəvəz qarışımının yarısını əlavə edirik, sonra balaca bişmiş kündəni qoyuruq, ardınca qarışımın ikinci yarısını əlavə edirik.
- 9.Sonda ikinci böyük kündəni yayıb üstünü örtürük və qıraqlarını sıxırıq.
- 10.Çəngəl ilə üstündə deşiklər açıb, yaxşı qızarması üçün yumurta sarısı sürtürük.
- 11.Əvvəlcədən 180 dərəcəyə kimi qızdırılmış sobanın aşağı səviyyəsinə qoyub təxmini 60 dəqiqə bişiririk.
Qeydlər
- Bişmə prosesində tez-tez yoxlayın ki, yanmasın, çünki sobalar fərqlidir.
Xəmir və çörək reseptləriVegetarian reseptləriAzərbaycan mətbəxi reseptləri