Şəkərbura

YouTubeƏlavə olunub: 22 Sentyabr 2026

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

İçlik üçün

Xəmir üçün

Hazırlanma qaydası

  1. 1.İçlik üçün fındığı və hili toz halına gətirib üzərinə 1 stəkan şəkər tozu əlavə edin və qarışdırın.
  2. 2.Xəmir üçün qaba və ya stəkana ilıq süd, şəkər və maya əlavə edib qarışdırın, 10 dəqiqə gözləyin.
  3. 3.Maya aktivləşdikdən sonra ilıq halda əridilmiş kərə yağı, vanilin, yumurta, xama və duz əlavə edib qarışdırın.
  4. 4.Üzərinə un əlavə edib ələ yapışmayan, elastik və hamar xəmir yoğurun. Xəmir nahamar alınsa, streçə büküb 30 dəqiqə soyuducuda saxlayın.
  5. 5.Xəmiri hərəsi təxminən 35-40 q olan 24 hissəyə bölüb kündələyin. Üstünü örtüb 10 dəqiqə dincəldin.
  6. 6.Kündələri çox nazik olmadan dairəvi yayın və yaxşı yapışması üçün qıraqlarını azca nəmləndirin.
  7. 7.Xəmirin ortasına 2-3 dolu çay qaşığı içlik qoyub üzərindən yüngülcə basın və kənarlarını möhkəm birləşdirin (birləşmə yeri çox nazik olmamalıdır).
  8. 8.Kənar hissələri bükün (hörün) və iynə ilə xəmiri 5-6 yerdən deşin.
  9. 9.Üzərinə maqqaşla naxış vurub soba listinə düzün və 30 dəqiqə saxlayın.
  10. 10.Əvvəlcədən 145 dərəcədə alt-üst rejimdə qızdırılmış sobada təxminən 20 dəqiqə bişirin. Üstünün qızarmamasına nəzarət edin.

Şirniyyat reseptləriXəmir və çörək reseptləriBayram süfrəsi üçün reseptlərAzərbaycan mətbəxi reseptləriVegetarian reseptləri