Paxlava

YouTubeƏlavə olunub: 20 Mart 2026

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

İçlik üçün

Şərbət üçün

Xəmir üçün

Qatlar və üzər üçün

Üzəri üçün

Hazırlanma qaydası

  1. 1.Qozu blenderdə hissə-hissə çəkirik ki, yağı çıxmasın. Üzərinə şəkər tozu və üyüdülmüş hil əlavə edib qarışdırırıq.
  2. 2.Su və şəkəri aşağı odda qaynadırıq. Qaynara düşdükdən sonra limon suyunu əlavə edib təxminən 15 dəqiqə bişiririk. Daha sonra kənara çəkib soyumağa qoyuruq.
  3. 3.İlıq südün içində şəkər və mayanı qarışdırırıq. 10 dəqiqə sonra bu qarışığı böyük qaba süzürük. Üzərinə yumurta, vanilin, duz və əridilmiş ilıq kərə yağı əlavə edib qarışdırırıq.
  4. 4.Ardınca 3.5 st un qatırıq, yoğurduqca qalan unu az-az əlavə edirik. Xəmiri gözlətmədən 2 böyük və 6 kiçik hissəyə bölüb kündələyirik. Üstünü örtüb 10 dəqiqə saxlayırıq.
  5. 5.Xəmirləri nazik şəkildə yayırıq. Soba qabını yağlayırıq. Əvvəl böyük xəmiri yerləşdiririk, üzərinə kərə yağı və içlik səpirik. Sonra kiçik xəmirlərdən birini qoyub yenə yağ və içlik əlavə edirik. Bu prosesi sonuncu kiçik xəmirə qədər davam etdiririk.
  6. 6.Axırıncı kiçik qatın üzərinə yalnız yağ çəkilir, içlik əlavə olunmur. Daha sonra ikinci iri xəmiri yerləşdiririk və paxlava formasında kəsirik.
  7. 7.Üzərinə yumurta sarısı ilə qarğıdalı yağını qarışdırıb sürtürük, fındıq düzürük və 150 dərəcədə əvvəlcədən isidilmiş sobada alt-üst rejimdə bişiririk.
  8. 8.Üstü yüngül bərkiyəndə sobadan çıxarıb kəsik yerlərini yenidən açırıq və qalan kərə yağını əlavə edirik. Yenidən sobaya qoyub qızarana qədər bişiririk. Sonda üzərinə şərbət töküb süfrəyə veririk. Nuş olsun!

Qeydlər

  • Soba qabı: 25x30 sm.
  • Stəkan ölçüsü: 200 ml.
  • Qozu blenderdə çəkərkən hili onunla birlikdə üyütməyin, çünki tam toz halına gəlməyə bilər.

Şirniyyat reseptləriXəmir və çörək reseptləriAzərbaycan mətbəxi reseptləriBayram süfrəsi üçün reseptlər