Paxlava

YouTubeƏlavə olunub: 21 Mart 2024

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

İçlik üçün

Şərbət üçün

Xəmir üçün

Qatların arası və üzəri üçün

Paxlavanın üzəri üçün

Hazırlanma qaydası

  1. 1.İçlik üçün: Qozu az-az doğrayıcıdan keçiririk ki, yağı çıxmasın. Üyüdülmüş hili və şəkər tozunu əlavə edib qarışdırırıq.
  2. 2.Şərbət üçün: Şəkər tozu ilə suyu vam odda bişiririk. Qaynayanda limonun suyunu sıxıb əlavə 15 dəqiqə qaynadırıq, sonra otaq temperaturuna kimi soyuduruq.
  3. 3.Xəmir üçün: Stəkanda ilıq südə şəkər tozu və maya qatıb qarışdırırıq. 10 dəqiqədən sonra südü böyük bir qaba süzürük, üzərinə yumurta, vanilin, duz və ilıq əridilmiş kərə yağı qatıb qarışdırırıq.
  4. 4.Üzərinə 3.5 stəkan un əlavə edirik və yoğurarkən qalan yarım stəkan unu hissə-hissə əlavə edirik.
  5. 5.Gözləmədən xəmiri 2 iri və 6 kiçik hissəyə ayırıb kündə edirik, üstünü örtürük və 10 dəqiqə gözləyirik.
  6. 6.Sonra xəmirləri yayırıq. Soba qabını kərə yağı ilə sürtürük. İlk böyük xəmiri qoyuruq, üzərinə yağ və içlik əlavə edirik. Sonra kiçik xəmiri düzürük, yenidən yağ və içlik əlavə edirik. Bunu son kiçik xəmirə kimi təkrarlayırıq.
  7. 7.Son kiçik xəmirin üzərinə ancaq yağ sürtmək lazımdır, içlik lazım deyil. Sonra üzərinə ikinci iri xəmiri düzürük.
  8. 8.Paxlava formasında kəsirik, üzərinə yumurtanın sarısıyla bitki yağını qarışdırıb sürtürük, fındıqları düzürük.
  9. 9.150 dərəcədə alt-üst rejimdə qızdırılmış sobaya qoyuruq.
  10. 10.Üstü bərkiyəndə çıxarırıq, kəsilən yerlərindən yenidən keçib qalan kərə yağını süzürük.
  11. 11.Yenidən sobaya salırıq və üstü qızarana kimi bişiririk.
  12. 12.Sobadan çıxardıqdan sonra üzərinə şərbəti tökürük.

Qeydlər

  • Soba qabının ölçüsü 25x30 sm olmalıdır.
  • Stəkan ölçüsü 200 ml-dir.
  • Paxlavanı bişirərkən diqqətli olun, çünki yandırmaq rahatdır.

Şirniyyat reseptləriXəmir və çörək reseptləriAzərbaycan mətbəxi reseptləriBayram süfrəsi üçün reseptlər