Paxlava

YouTubeƏlavə olunub: 17 Mart 2024

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Ərzaqlar

İçlik üçün

Şərbət üçün

Xəmir üçün

Qatların arası və üzəri üçün

Paxlavanın üzəri üçün

Hazırlanma qaydası

  1. 1.İçlik üçün qozu az-az doğrayıcıdan keçiririk ki, yağı çıxmasın. Üyüdülmüş hili və şəkər tozunu əlavə edib qarışdırırıq.
  2. 2.Şərbət üçün şəkər tozu ilə suyu vam odda bişiririk. Qaynayanda limonun suyunu sıxıb əlavə 15 dəqiqə qaynadırıq, sonra otaq temperaturuna kimi soyuduruq.
  3. 3.Xəmir üçün stəkanda ilıq südə şəkər tozu və maya qatıb qarışdırırıq. 10 dəqiqədən sonra südü böyük bir qaba süzürük, üzərinə yumurta, vanilin, duz və ilıq əridilmiş kərə yağı qatıb qarışdırırıq.
  4. 4.Üzərinə 3.5 stəkan un əlavə edirik və yoğurarkən qalan yarım stəkan unu hissə-hissə qatırıq. Gözləmədən xəmiri 2 iri və 6 kiçik hissəyə ayırıb kündə edirik, üstünü örtüb 10 dəqiqə gözləyirik.
  5. 5.Xəmirləri yayırıq. Soba qabını kərə yağı ilə yağlayırıq. İlk böyük xəmiri qoyuruq, üzərinə yağ çəkib içlik səpirik. Sonra kiçik xəmiri düzürük, yenidən yağ və içlik əlavə edirik. Bunu son kiçik xəmirə kimi təkrarlayırıq.
  6. 6.Son kiçik xəmirin üzərinə ancaq yağ sürtürük (içlik lazım deyil), sonra üzərinə ikinci iri xəmiri düzürük. Paxlava formasında kəsirik, üzərinə yumurta sarısı ilə bitki yağı qarışımını sürtürük. Fındıqları düzüb 150 dərəcədə alt-üst rejimdə qızdırılmış sobaya qoyuruq.
  7. 7.Üstü bərkiyəndə sobadan çıxarırıq, kəsilən yerlərdən bıçaqla yenidən keçib qalan əridilmiş kərə yağını gəzdiririk. Yenidən sobaya salıb üstü qızarana kimi bişiririk.
  8. 8.Sobadan çıxardıqdan sonra üzərinə soyuq şərbəti tökürük.

Qeydlər

  • Soba qabının ölçüsü: 25x30 sm.
  • Stəkan ölçüsü: 200 ml.
  • Paxlavanı bişirərkən diqqətli olun, çünki tez yana bilər.

Şirniyyat reseptləriXəmir və çörək reseptləriAzərbaycan mətbəxi reseptləriBayram süfrəsi üçün reseptlər