Kök Piroqu

YouTubeƏlavə olunub: 2 Dekabr 2024

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Kök piroqlarını dadanlar bilir ki, onların tərkibində kökün dadı hiss olunmur. Piroqa xüsusi dad ədviyyatlar və qoz-fındıqlar verir. Bu ləzzəti isə qaymaqlı krem tamamlayır. Bu reseptlə böyük və gözəl iki-üç qatlı tort da hazırlamaq mümkündür! Hər şey çox sadədir!

Ərzaqlar

Hazırlanma qaydası

  1. 1.Kökü rəndələyirik və limonun sarı hissəsini xırda sürtgəcdən keçirib əlavə edirik.
  2. 2.Sonra yarım limonun şirəsini kökə əlavə edib keçirik xəmirin hazırlanmasına.
  3. 3.3 yumurtaya şəkər əlavə edib mikserlə qarışdırırıq.
  4. 4.Quru ərzaqları ayrı qabda qarışdırırıq: un (ələkdən keçirilmiş), ədviyyatlar, duz, soda və qabartma tozu. Bunları yumurtaya əlavə edib yenə mikserlə qarışdırırıq - bərk xəmir alınmalıdır.
  5. 5.Sonra xəmirə öncədən hazırladığımız kökü, xırdalanmış qoz və bitki yağını əlavə edib qaşıqla qarışdırırıq.
  6. 6.Əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada 40-45 dəqiqə ərzində bişiririk. Hazır olmağını yoxlamaq üçün kürdanı batırıb baxırıq - kürdan quru çıxırsa, piroq hazırdır.
  7. 7.Ayrıca kremi hazırlayırıq və piroqun üzərinə çəkirik. Nuş olsun!

Qeydlər

  • Limonun qabığını rəndələyərkən ağ hissəsinin düşməməsinə diqqət edin, çünki acılıq verəcək.
  • Kremi yalnız piroq tam soyuduqdan sonra çəkin, əks halda krem əriyəcək.

Xəmir və çörək reseptləriŞirniyyat reseptləriVegetarian reseptləri