Ən yaxşı hədiyyə öz əllərinizlə hazırladığınız hədiyyədir.
Ərzaqlar
Hazırlanma qaydası
- 1.Şokoladı doğrayıb yarısını kərə yağı ilə buxarda əridirik, digər yarısını xəmirə qatmaq üçün saxlayırıq.
- 2.Yumurtanı, şəkəri və vanili mikserlə çalırıq.
- 3.Sonra əridilmiş kərə yağı və şokolad qarışımını əlavə edib yenidən 10 dəqiqə çalırıq.
- 4.Unu, kakao tozunu və duzu ələkdən keçirib ehtiyatla spatulayla qarışdırırıq.
- 5.Şokoladın ikinci yarısını əlavə edirik və xəmiri yağlı kağız sərilmiş formaya yayırıq.
- 6.Əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada 20-25 dəqiqə bişiririk.
- 7.Sonda soyumağını gözləyib doğrayırıq. Nuş olsun!
Qeydlər
- Formanın ölçüsü: 30 sm x 20 sm.
- Fincanın həcmi: 200 ml.
- Şokoladı yumurtalı qarışıma əlavə edəndə diqqət edin ki, otaq temperaturunda olsun, yoxsa yumurta istidən bişəcək.
Şirniyyat reseptləriXəmir və çörək reseptləriVegetarian reseptləri