Ərzaqlar
Hazırlanma qaydası
- 1.Balıqların içini təmizləyin (pulcuqlarını saxlayın), əgər kürüsü varsa, pərdəsini təmizləyib kənara qoyun.
- 2.Balıqları yuyub yaxşıca qurulayın. 1 x.q. alça turşusu, 1 x.q. duz və 1 ç.q. istiotu qarışdırıb balığın içinə və hər tərəfinə çəkin, dadını çəkməsi üçün 2-3 saat saxlayın.
- 3.Ləvəngi üçün qozu ətçəkən maşından keçirin. Ayrı bir qaba soğanları çəkib cuna vasitəsilə suyunu yaxşıca sıxın.
- 4.Sıxılmış soğanı çəkilmiş qoza qatın, duz, istiot, kərə yağı və 2-3 ç.q. alça turşusu əlavə edib qarışdırın. İstəyə görə təmizlənmiş kürünü də bu qarışığa əlavə edin.
- 5.Hazır ləvəngini balıqların içinə doldurun.
- 6.Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 1 saat (üzəri qızarana kimi) bişirin.
Qeydlər
- Əgər ləvəngiyə kürü əlavə edəcəksinizsə, duzu əvvəlcədən az vurun, çünki kürü özü duzlu olur.
- Turşunun duru deyil, qatı ("palçıq" turşusu) olması tövsiyə edilir.
Balıq reseptləriAzərbaycan mətbəxi reseptləriBayram süfrəsi üçün reseptlər