Mantı

YouTubeƏlavə olunub: 18 Yanvar 2025

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Türk mətbəxinin olduğu qədər digər Orta Asiya mətbəxlərinin də bir parçası olan mantı, köhnə SSRİ ölkələrində də məşhur bir yeməkdir.

Xəmir üçün

İçlik üçün

Hazırlanma qaydası

  1. 1.Xəmiri hazırlamaq üçün unu ələkdən keçiririk, üzərinə duz, yağ, yumurta və buz kimi soyuq suyu tədricən əlavə edib yoğururuq. Su miqdarı unun növünə görə dəyişə bilər, ona görə suyu tədricən əlavə edin. Xəmir bərk olmalıdır.
  2. 2.Yoğurduqdan sonra xəmirin üzərini streçlə örtüb 30 dəqiqə istirahət etdirin. Bu müddətdə xəmiri 2 dəfə yoğurmaq tövsiyə olunur ki, hamar və elastik olsun.
  3. 3.Xəmiri hərəsi 25 qramlıq kündələrə ayırın. Kündələri unlanmış qaba bir-birinə yapışmaması üçün aralı düzün. Xəmirlə aparılan hər əməliyyatdan sonra 5-10 dəqiqə dincəlməsini gözləyin.
  4. 4.İçlik üçün əti, quyruğu və soğanı bıçaqla kiçik kublar şəklində xırda doğrayın (ətçəkən maşından istifadə etməyin). Duz, qara istiot, üyüdülmüş cirə və qarğıdalı yağı əlavə edib qarışdırın.
  5. 5.Kündələri nazik yayın. Kənarlarını daha nazik, ortasını isə bir qədər qalın saxlayın. İçliyi qoyub bükün.
  6. 6.Mantıları buxar qazanında 40 dəqiqə bişirin.
  7. 7.Hazır olduqdan sonra üzərinə kərə yağı çəkib sumax səpərək süfrəyə verin.

Ət reseptləriTürk mətbəxi reseptləriAsiya mətbəxi reseptləri