Ərzaqlar
Krem üçün
Hazırlanma qaydası
- 1.Qab təmiz və quru olmalıdır. Yumurta ağını, duz və limon suyunu əlavə edib orta sürətdə mikserlə qarışdırın.
- 2.Köpük halına gələndən sonra mikserin sürətini artırıb yavaş-yavaş şəkər pudrasını əlavə edin (təxmini 4 dəfəyə, hər 20 saniyədən bir).
- 3.Şəkər tam əriyəndən və merenqa tam forma saxlayandan sonra qarğıdalı nişastası əlavə edib 20 saniyə qarışdırın.
- 4.Soba nimçəsini tərsinə çevirib üzərinə silikonlaşdırılmış bişirmə kağızı sərin (mütləq silikonlaşdırılmış olmalıdır, əks halda merenqa yapışacaq). Üzərinə merenqanı yayıb badam səpələyin.
- 5.Əvvəlcədən 150 dərəcəyə qızdırılmış sobada orta səviyyədə 30 dəqiqə bişirin. 15 dəqiqədən sonra hər ehtimala qarşı sobanı açıb yoxlayın ki, merenqanın üstü və dibi yanmasın.
- 6.Merenqa bişəndən sonra üzərinə bişirmə kağızı və dəmir setka qoyub çevirin, ilk qoyduğunuz bişirmə kağızını ehtiyatla qoparın. Merenqanı tam soyumağa qoyun.
- 7.Krem üçün ilk növbədə pendirlə şəkər pudrasını mikserlə qarışdırın. Sonra mütləq ən azı 33% yağlılığı olan soyuq qaymağı əlavə edib orta sürətdə krem halına gələnə kimi mikserlə qarışdırın.
- 8.Kremi merenqaya yayıb üzərinə qaragilə əlavə edin və ehtiyatla rulet kimi bükün.
- 9.Ruleti 2 saatlıq soyuducuya qoyun ki, krem stabilləşsin. Sonra üzərinə çiyələk əlavə edib servis edin.
Qeydlər
- Çalışın keyfiyyətli qaymaq alın ki, krem halına rahatlıqla gəlsin. Kremi çox qarışdırmayın, çünki əgər su verərsə, onu bərpa etmək mümkün olmayacaq.
Şirniyyat reseptləriXəmir və çörək reseptləriVegetarian reseptləri