Murqutuş

YouTubeƏlavə olunub: 8 Aprel 2024

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Tərəvəzli kuskus ilə Azərbaycan mətbəxinin unudulmuş təamı - Murqutuş.

Qarnir üçün

Murqutuş üçün

Hazırlanma qaydası

  1. 1.Qarnir üçün tavada bitki yağını qızdırırıq, sonra xırda doğranılmış soğan, kök və bibəri əlavə edib qızarana kimi qovururuq.
  2. 2.Qarğıdalı və noxudu əlavə edib 1 dəqiqə qızardırıq.
  3. 3.Kuskus, qaynar su (və ya bulyon), duz və istiot əlavə edirik, qapağını örtüb 6-9 dəqiqə bişiririk.
  4. 4.Murqutuş üçün ilk öncə toyuğu doğrayıb suda qaynadırıq.
  5. 5.Soğanı xırda doğrayıb tavada kərə yağında qızılı rəng alana qədər bişiririk.
  6. 6.Cəfərini çox xırda doğrayıb qovrulmuş soğana əlavə edib qovururuq.
  7. 7.Üzərinə bişirdiyimiz toyuq tikələrini, duz və istiot əlavə edib 4-5 dəqiqə daha bişiririk.
  8. 8.Daha sonra xırda doğranmış qoz ləpəsi, limon suyu (və ya abqora) və bişirib süzdüyünüz toyuğun bulyonundan 1.5 stəkan əlavə edib 15 dəqiqə vam odda bişiririk.
  9. 9.Süfrəyə kuskusla birlikdə veririk.

Toyuq reseptləriAzərbaycan mətbəxi reseptləri