Narlı Balıq Qovurma

YouTubeƏlavə olunub: 24 Dekabr 2025

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Balıq, soğan və nar bir araya gələndə ortaya ideal dad kombinasiyası çıxır. Çox dadlı idi!

Ərzaqlar

Hazırlanma qaydası

  1. 1.Balığı təmizləyirik, üzərinə duz və qara istiot əlavə edirik və dərisi yuxarı olmaq şərti ilə bitki yağında hər iki tərəfini qızardırıq.
  2. 2.Balığı yağdan götürüb eyni yağda soğanı qızılı rəng alanadək qızardırıq.
  3. 3.Soğan qızardıqdan sonra duz və sarıkök əlavə edirik.
  4. 4.Daha sonra üzərinə nar şirəsini tökürük, bişmiş balığı düzürük və nar dənələrini əlavə edirik.
  5. 5.Balıq yağa düşəndən sonra yeməyimiz hazırdır. Nuş olsun!

Qeydlər

  • Nəzərə alın ki, balıq tez dağılandırsa, əvvəlcə soğanı qızardın, sonra soğanı kənara götürüb balığı qızardın və sonda hər ikisini birlikdə tavaya əlavə edin. Əks halda balığı yağdan götürərkən dağılacaq.
  • Nar şirindirsə, bir qədər limon suyu əlavə edə bilərsiniz.

Balıq reseptləriAzərbaycan mətbəxi reseptləri30 dəqiqəyə hazır reseptlər