Biskvit üçün
İçlik üçün
Hazırlanma qaydası
- 1.Peçenyəni üyüdürük – bunu həm qalın paketdə oxlovla, həm də blenderdə eləmək olar.
- 2.Kərə yağını əridib, şəkər tozu ilə birlikdə peçenye qırıntılarına əlavə edirik və qarışdırırıq.
- 3.Formanın dibinə yağlı kağız səririk. Qarışığı formaya əlavə edirik, stəkanın dibi ilə sıxırıq və yarım saatlıq soyuducuya qoyuruq.
- 4.İçliyi hazırlamaq üçün otaq temperaturunda olan krem-pendiri çalırıq və hər əlavə etdiyimiz ərzaqdan sonra yenidən çalırıq.
- 5.Hazır içliyi formanın içinə əlavə edib, AirFryer-in qabına qoyuruq və yüngülcə çırpırıq ki, içindəki hava çıxsın.
- 6.150 dərəcədə 15–20 dəqiqə bişiririk.
- 7.Bişəndən sonra AirFryer-in qabını 1–2 santimetrlik çıxardıb yarım saat soyumasını gözləyirik.
- 8.Sonra qabı tam çıxarıb otaq temperaturuna qədər soyuduruq, daha sonra isə 4–5 saatlıq soyuducuya qoyuruq.
Qeydlər
- Peçenyəni paketdə əzərkən nəzərə alın ki, paket nazik olanda cırıla bilər.
- Altı çıxan formanız yoxdursa, dibini iki qat folqa ilə bağlaya bilərsiniz.
- Limon şirəsi yumurtanın dadını azaltmaq üçün lazımdır, qarğıdalı nişastası isə çatların əmələ gəlməsinin qarşısını alır.
- Bişdikdən sonra hərarət tez dəyişəndə çatlar əmələ gələ bilər, ona görə də qabı birdən tam çıxarmayın.
Şirniyyat reseptləriXəmir və çörək reseptləriVegetarian reseptləri