Pomidor Mürəbbəsi

YouTubeƏlavə olunub: 16 İyul 2024

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Ərzaqlar

Hazırlanma qaydası

  1. 1.Öncə pomidorların qabığını soyun. Bunun üçün onları 1 dəqiqə qaynar suda saxlayıb rahatlıqla soya bilərsiniz.
  2. 2.1 litr suda 1 xörək qaşığı sodanı həll edib qarışdırın. Pomidorları bu suya əlavə edib 3-4 saat saxlayın ki, bişən zaman dağılmasınlar.
  3. 3.Sonra pomidorları yaxşıca yuyub üzərinə şəkər tozu əlavə edin və 2 saat gözləyin ki, şəkər pomidorların şirəsini çəksin.
  4. 4.Pomidorları zəif odda bişməyə qoyun (su əlavə etməyə ehtiyac yoxdur).
  5. 5.Mürəbbə qaynayana yaxın altını söndürüb soyumasını gözləyin.
  6. 6.Soyuduqdan sonra yenidən ocağa qoyub hazır olana kimi bişirin.
  7. 7.Sonda 1 limonun şirəsini və zövqə görə mixək əlavə edin.

Qeydlər

  • Əsl pomidor mürəbbəsi üçün gavalıoxşar Bolqar pomidoru istifadə etmək lazımdır. Əsas odur ki, pomidorlar bərk və ətli olsun.
  • Çox şəkər əlavə etsəniz və ya çox qaynatsanız mürəbbə kristallaşacaq. Bu halda bir az su əlavə edib mürəbbəni yenidən qızdırıb qarışdırmaq lazımdır.

Şirniyyat reseptləriVegetarian reseptləriAzərbaycan mətbəxi reseptləri