Bu taco-nun əsas fərqi ondadır ki, xəmirsiz hazırlanır - qarğıdalı təbii olaraq qlütensizdir, liflə zəngindir və daha yüngül alternativdir.
Ərzaqlar
Hazırlanma qaydası
- 1.Tavanın üzərinə bişirmə kağızı səririk.
- 2.Bonduelle qarğıdalının suyunu süzürük və perqamentin üzərinə əlavə edirik. Qarğıdalını 3 hissəyə bölüb qaşıqla yumru formada düzləşdiririk.
- 3.Üzərinə pendir əlavə edib, əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada 15–20 dəqiqə bişiririk.
- 4.Bişdikdən sonra soyumasını gözləyirik.
- 5.İçlik üçün xama, hisə verilmiş hinduşka, doğranmış pomidor, xiyar və qırmızı soğandan istifadə edirik. İstəyə görə ürəyiniz istəyən digər ərzaqlardan da istifadə edə bilərsiniz.
Qeydlər
- Bişirərkən diqqət edin ki, yanmasın.
- Bu resept 3 ədəd taco üçündür.
Ət reseptləriQəlyanaltı reseptləri30 dəqiqəyə hazır reseptlər