Qiymə Ruleti

YouTubeƏlavə olunub: 26 Dekabr 2025

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Qiymə üçün

İçlik üçün

Hazırlanma qaydası

  1. 1.Qiymənin bişərkən çatlamaması üçün qiyməyə yumurta və su ilə yumşaldılmış çörəyi, ədviyyatları əlavə edib, kütləni yaxşıca yoğurmalı və çırpmalıyıq.
  2. 2.Daha sonra qiyməni 30 dəqiqə soyuducuda saxlayırıq.
  3. 3.Qiyməni yağlı kağızın üzərinə yayırıq, üzərinə mayonez-xardal qarışığını sürtürük.
  4. 4.Ardınca bişmiş göbələk, ispanaq və pendiri əlavə edib əvvəlcə yağlı kağızla, sonra isə folqa ilə bükürük.
  5. 5.Əvvəlcədən 180 dərəcəyə qədər qızdırılmış sobada 40-50 dəqiqə bişiririk.
  6. 6.Daha sonra üzərini açırıq, yenidən xardal-mayonez qarışığı sürtürük və 230 dərəcədə üstü qızarana qədər 5-10 dəqiqə bişiririk.

Qeydlər

  • Nəzərə alın ki, qiymə 20-25% yağlı olmalıdır. Mən bunun üçün quyruq əlavə etdim.
  • Ruleti sobaya qoyarkən bükülmə xətti aşağı tərəfdə olmalıdır, yoxsa rulet yayılacaq (mən burada səhv etdim, siz etməyin!).

Ət reseptləriBayram süfrəsi üçün reseptlər