İçlik üçün
Xəmir üçün
Hazırlanma qaydası
- 1.İçlik üçün fındığı və hili toz halına gətirmək lazımdır.
- 2.Qaba ilıq süd, şəkər və maya əlavə edib qarışdırırıq. Bunu stəkanda etmək daha rahat və tezdir, çünki qabda süd tez soyuyur.
- 3.10 dəqiqə gözləyəndən sonra ilıq halda əridilmiş kərə yağı, vanilin, yumurta, xama və duz əlavə edib qarışdırırıq.
- 4.Ardınca üzərinə 3 stəkan un əlavə edib qarışdırırıq. Ələ yapışmayan elastik hamar xəmir alınana kimi yoğururuq. Xəmir nahamar alınsa streçə büküb yarım saatlıq soyuducuya qoyun.
- 5.Sonra xəmiri 24 hissəyə bölüb (hərəsi təxmini 35-40 q) kündələyirik. Üstünü örtüb 10 dəqiqə dincəlməsini gözləyirik.
- 6.Sonra kündələri çox nazik olmadan yayırıq və yaxşı yapışsın deyə qıraqlarını nəmləndiririk.
- 7.Xəmiri yayırıq və 2-3 dolu çay qaşığı içlik yerləşdirib üzərinə basdırırıq və kənarları birləşdiririk. Birləşmə yeri çox nazik olmamalıdır.
- 8.Kənar hissələri bururuq və iynə ilə xəmiri 5-6 yerdən deşirik. Üzərinə naxış vurub soba listinə düzürük və 30 dəqiqə gözləyirik.
- 9.Sonra əvvəlcədən 145 dərəcədə alt-üst rejimdə qızdırılmış sobada təxmini 20 dəqiqə bişiririk. Nəzarət edin üstü qızarmasın.
Qeydlər
- Stəkanın həcmi 200 ml.
Xəmir və çörək reseptləriŞirniyyat reseptləriBayram süfrəsi üçün reseptlərAzərbaycan mətbəxi reseptləri