İldə bir dəfə, yalnız Novruz bayramı axşamı bişirilən və xuruşuna çoxlu yumurta qatılmış xüsusi plov növüdür.
Ərzaqlar
Hazırlanma qaydası
- 1.Zəfəranı qoyuruq dəmə.
- 2.Düyünü duzlu ilıq suya qoyub 1 saatdan sonra suyu şəffaf olana kimi yuyuruq.
- 3.Qazanda 3 l suya 3 x.q. duz atıb qaynadırıq. Su qaynayandan sonra yuyulmuş düyünü əlavə edib yarı bişmiş halına kimi (8-10 dəqiqə) qaynadıb süzürük.
- 4.Düyünü təmiz qazana əlavə edirik, dəmlənmiş zəfəran, zövqə görə sarıkök, kərə yağı əlavə edib vam odda 40 dəqiqə dəmləyirik.
- 5.Soğanı doğrayıb bitki yağında bişiririk, duz əlavə edirik. Rəngi dəyişəndən sonra sarıkök, zəfəran əlavə edib qarışdırırıq.
- 6.Soğan tam öləndən sonra yumurta əlavə edib qarışdırırıq.
- 7.Şəşəndaz, ətri çıxanadək dəmlənən düyünün üzərində servis edilir.
Düyü və plov reseptləriAzərbaycan mətbəxi reseptləriBayram süfrəsi üçün reseptlərVegetarian reseptləri