İdeal və dağılmayan sırniki resepti.
Ərzaqlar
Hazırlanma qaydası
- 1.Kəsmiyin artıq suyunu kağız dəsmal və ya tənziflə yaxşıca sıxın (qeyd olunan çəki artıq sıxılmış kəsmiyin çəkisidir).
- 2.Sıxılmış kəsmiyə yumurta, şəkər tozu, vanilin və bir çimdik duz əlavə edib qarışdırın.
- 3.Üzərinə manna yarmasını əlavə edib yaxşıca qarışdırın və 30 dəqiqə kənarda saxlayın ki, manna yarması artıq nəmi canına çəksin.
- 4.Kütləni 60 qramlıq kündələrə bölün, una bulayaraq düz stəkan və ya yumru forma köməyi ilə forma verin.
- 5.Tavada orta odda bitki yağını qızdırın və sırnikilərin hər iki üzünü qızılı rəng alanadək qızardın.
Qeydlər
- Xəmirə 1 xörək qaşığından artıq şəkər tozu vurmayın, əks halda sırniki tavada dağıla bilər. Daha şirin istəyirsinizsə, hazır olduqdan sonra üzərinə şəkər kirşanı səpin.
- Qızartmaq üçün bitki yağı ilə azca kərə yağını qarışdırsanız, həm yanmaz, həm də dadlı olar.
Səhər yeməyi reseptləriŞirniyyat reseptləriVegetarian reseptləri