Çiyələk Mürəbbəsi

YouTubeƏlavə olunub: 27 İyul 2024

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Ərzaqlar

Hazırlanma qaydası

  1. 1.Çiyələklərin saplağını təmizləməmiş, soyuq su ilə yuyun ki, artıq suyu özünə çəkməsin. Yuduqdan sonra saplaqlarını təmizləyin.
  2. 2.Çiyələklə şəkər tozunu qazana lay-lay düzün və şirə buraxmasını gözləyin.
  3. 3.Qazanı ocağa qoyun: əvvəlcə vam odda, şəkər tam əriyəndən sonra isə gür odda bişirin.
  4. 4.Bir az qaynayandan sonra limon şirəsi əlavə edin.
  5. 5.Mürəbbə hazır olduqdan sonra qazanı silkələyin ki, köpük ortaya cəmlənsin və kağız dəsmal vasitəsilə köpüyü götürün.

Qeydlər

  • Çalışın bərk çiyələk seçin.
  • Su əlavə etməyin, çünki çiyələk sulu giləmeyvədir.
  • Mürəbbəni qarışdırmayın.
  • Qabı bir az böyük seçin ki, mürəbbə qaynayanda daşmasın.
  • Bişən zaman köpüyü götürməyin, çünki köpüklə bir yerdə mürəbbənin şirəsi və şəkərin miqdarı azalır. Köpüyü sonda təmizləmək lazımdır.
  • Mürəbbənin hazır olmağını yoxlamaq üçün kağız dəsmalın üzərinə damcılayın; əgər damcılar kağıza tam çəkilmirsə, kağızın üzərində qalırsa, deməli mürəbbə hazırdır.

Şirniyyat reseptləriVegetarian reseptləriSəhər yeməyi reseptləri