Sobada Manqal Dadında Lülə Kabab

YouTubeƏlavə olunub: 20 Sentyabr 2026

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Ev şəraitində bişirilsə də, dadı köz üzərində bişmiş lülədən fərqlənməyən kabab. 5-7 nəfərlik porsiya üçündür.

Ərzaqlar

Hazırlanma qaydası

  1. 1.Əti, quyruğu və soğanı xırda doğrayın və ya ətçəkən maşından keçirin. (Soğanı ətçəkəndən keçirsəniz, suyunu sıxın. Bıçaqla doğrayanda sıxmağa ehtiyac yoxdur). Ədviyyatları əlavə edin.
  2. 2.Qiyməni yaxşıca yoğurub çırpın və ən azı 1 saat soyuducuda saxlayın.
  3. 3.Qiyməni şişə çəkərkən əlinizi ilıq su ilə isladın ki, yapışmasın.
  4. 4.Sobanın temperaturunu maksimuma gətirib lülələri bişirin.
  5. 5.Əsl köz dadını vermək üçün artıq bişmiş lülələri qazanın kənarlarına düzün, ortasına folqada qızmar köz qoyun və üzərinə quyruq yağından bir neçə damcı əlavə edin.
  6. 6.Qazanın qapağını örtüb vam odda 15 dəqiqə saxlayın. Nuş olsun!

Qeydlər

  • Taxta şişlərdən istifadə olunursa, yanmaması üçün əvvəlcədən suda saxlanmalıdır.

Ət reseptləriManqal reseptləriAzərbaycan mətbəxi reseptləri