Tədqiqatlar göstərir ki, sümük iliyi kollagen və jelatinlə zəngindir, bu maddələr oynaq ağrılarını azalda və iltihabı yüngülləşdirə bilər. İmmun sistemi və bağırsaq divarı üçün də faydalıdır.
Ərzaqlar
Hazırlanma qaydası
- 1.Sümükləri yuyub quruduruq.
- 2.Hər tərəfini duzlayıb qara istiot vururuq. Zövqə görə rozmarin əlavə edirik.
- 3.Sarımsağa zeytun yağı və duz əlavə edib, folqaya bükürük.
- 4.Əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada 30-35 dəqiqə ərzində bişiririk.
- 5.Soğanı doğrayıb sumaq, sirkə və zeytun yağı əlavə edib qarışdırırıq.
- 6.Çörəyi zeytun yağında yüngülcə qızardırıq.
Qeydlər
- Sarımsaq daha çox bişsə yaxşı olar.