Yaponiyada bu sendviçi dadmışdım və çox sadə olduğuna baxmayaraq belə dadlı olacağını gözləmirdim. Həm uşaqlara məktəb üçün tez hazırlanan qəlyanaltı kimi əladır, həm də səhər yeməyi üçün idealdır. Yaponlar ümumiyyətlə yeməyə çox müdaxilə etmirlər — sadəliklə dad yaratmağı bacarırlar.
Ərzaqlar
Hazırlanma qaydası
- 1.Yumurtaları 10 dəqiqə qaynadıb soyudun.
- 2.Sarısını ayırıb Sloboda mayonezi ilə qarışdırın ki, krem baza alınsın.
- 3.Qalan yumurtanın ağını bıçaqla doğrayıb krem baza ilə birləşdirin.
- 4.Duz, qara istiot və azacıq şəkər tozu əlavə edib qarışdırın.
- 5.Tost çörəyinin dilimlərinin içinə yumurtalı qarışığı bol şəkildə qoyun.
- 6.Üstünü digər çörək dilimi ilə bağlayıb ortadan kəsin. Nuş olsun!
Qeydlər
- Əslində tost çörəyinin kənarları kəsilir, lakin istəyə görə kəsməyə də bilərsiniz.
- Bu ərzaqlarla 2 ədəd sendviç alınır.
Səhər yeməyi reseptləriQəlyanaltı reseptləri30 dəqiqəyə hazır reseptlərAsiya mətbəxi reseptləriVegetarian reseptləri