Tələbələrin asanlıqla hazırlaya biləcəyi dadlı və doyumlu yemək. 3-4 nəfər üçün nəzərdə tutulub.
Ərzaqlar
Hazırlanma qaydası
- 1.Lavaşı və göyərtini doğrayıb dərin bir qaba tökün.
- 2.Üzərinə çalınmış yumurta, duz, qara istiot, şor və kəsmik əlavə edib yaxşıca qarışdırın.
- 3.Dibi yapışmayan tavaya yağ əlavə edib qızdırın.
- 4.Alınan qarışığı tavaya töküb bərabər şəkildə yayın.
- 5.Ən aşağı odda, tavanın qapağı bağlı şəkildə 10-12 dəqiqə bişirin.
- 6.Alt hissəsi qızardıqdan sonra ehtiyatla çevirin və yenə qapağı bağlı şəkildə 10-12 dəqiqə bişirin. Nuş olsun!
Qeydlər
- Duzu ehtiyatla əlavə edin, çünki şor özlüyündə duzludur.
- Yeməyin dibinin yanmaması üçün od mütləq çox aşağı gücdə olmalıdır.
- Tavanın qapağını bağlamaq mütləqdir, əks halda yeməyin içi bişməyəcək.
- İstəyə görə sobada da bişirmək olar.
Vegetarian reseptləriSəhər yeməyi reseptləriQəlyanaltı reseptləri30 dəqiqəyə hazır reseptlər