Şapalaq kababı (və ya Tomahawk steyki) dananın bel hissəsindən hazırlanır. Angus növündən olan və "dry age" (quru yaşlandırma) üsulu ilə saxlanılan bu əti tam bişirmək məsləhət görülmür.
Ərzaqlar
Hazırlanma qaydası
- 1.Əti limon, doğranmış soğan, kəklikotu, duru yağ, sirkə, duz, qara istiot və pul bibər ilə basdırma kababda olduğu kimi marinad edin.
- 2.Əti ən azı 2 gün soyuducuda marinadda saxlayın.
- 3.Steyki əvvəlcə 40 dəqiqə birbaşa közün üzərində yox, dolayı zonada (közdən kənarda) bişirin.
- 4.Yalnız son 2 dəqiqəni birbaşa közün üstündə qızardın ki, içi də yaxşı bişsin.
Qeydlər
- Ətin daxili temperaturu 55°C-yə çatdıqda bu "medium" (orta) bişmə dərəcəsi sayılır.
- "Dry age" olduğu üçün ətin üzərinin tündləşməsi normaldır.