Talış mətbəxinin ən dadlı təamlarından biri olan Turşu Kabab.
Ərzaqlar
Hazırlanma qaydası
- 1.Badımcanları təmizləyib duzlayır və acı suyunun çıxması üçün kənara qoyuruq.
- 2.Quzu ətini qaynadırıq, hazır olana yaxın duz əlavə edirik.
- 3.Dana ətini, quyruğu, soğanı və cəfərinin 1/4 hissəsini ətçəkən maşından keçiririk. Üzərinə duz və qara istiot əlavə edib yaxşıca qarışdırırıq.
- 4.Qiymədən küftələr hazırlayırıq.
- 5.Tavada 30 q kərə yağını əridib badımcanları qızardırıq və kənara qoyuruq.
- 6.Digər tavada orta atəşdə 70 q kərə yağında qaynadılmış quzu ətini qızardırıq.
- 7.Üzərinə cəfərinin qalan hissəsini əlavə edib bir az qovururuq.
- 8.Sonra abqoranın qalan hissəsini və ət bulyonunu əlavə edirik.
- 9.Bulyon qaynayanda küftələri əlavə edib, qapağı bağlı şəkildə orta odda 30 dəqiqə bişiririk.
- 10.Bişməyə 10 dəqiqə qalmış qızardılmış badımcanları yeməyə əlavə edirik.
Qeydlər
- Quzu ətinin sümüklü (qabırğa) hissəsini istifadə etməyiniz məsləhətdir ki, bulyon daha dadlı alınsın.
- Qiymə soğanın suyuna görə çox sulu alınarsa, bir az manna yarması, un və ya qarğıdalı nişastası əlavə edə bilərsiniz.
- Qiyməni küftə halına gətirməmişdən əvvəl özünü tutması üçün 15 dəqiqə soyuducuda saxlayın.
- Küftələri hazırlayarkən əlinizə yapışmaması üçün əlinizi abqoraya (və ya limon şirəsinə) batırın.
- Yeməyi aş (plov) ilə servis edə bilərsiniz.