Bu xiyarın marinə üsulu qarşıma o qədər çıxıb ki, bu dəfə özüm də yoxlamaq istədim. Asiyada çox məşhurdur və demək olar ki, bütün yeməklərlə verilən bir məzədir. Dadlı olub olmadığı haqqda heç nə deməyəcəm, çünki hərənin öz zövqü var. Yoxlamasanız, bilməzsiniz. Mən məzə kimi bəyəndim. Xiyarı onun üçün vururlar ki, sousu daha yaxşı özünə çəksin.
Ərzaqlar
Hazırlanma qaydası
- 1.Xiyarların uclarını kəsirik, yüngülcə vururuq (püre halına gətirmirik!) və doğrayırıq.
- 2.Üzərinə göy soğan doğrayıb əlavə edirik və keçirik sousun hazırlanmasına.
- 3.Qızmış bitki yağına sarımsaq və zövqə görə acı bibər qatırıq, bir az qızarandan sonra küncüt və şəkər əlavə edib qarışdırırıq.
- 4.Az sonra odu söndürüb soya sousunu əlavə edirik.
- 5.Sous bir az soyuyandan sonra xiyara əlavə edib bir az marinə olmağını gözləyirik. Nuş olsun!
Asiya mətbəxi reseptləriSalat reseptləriQəlyanaltı reseptləriVegetarian reseptləri30 dəqiqəyə hazır reseptlər