Xəngəl Lazanyası

YouTubeƏlavə olunub: 2 Mart 2024

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Yarpaq xəngəldən maraq üçün lazanya hazırladım və demək istəyirəm ki, bu resept indiyənə kimi hazırladığım ən dadlı reseptlərdən biridir. İtalyan və Azərbaycan mətbəxlərinin qarışığıdır.

Ərzaqlar

Hazırlanma qaydası

  1. 1.Tavaya zeytun yağı töküb xırda doğranılmış soğanı əlavə edirik və yumşalana kimi qızardırıq.
  2. 2.Ardınca sarımsaq və kök əlavə edib qızardırıq.
  3. 3.Sonra qiymə, duz və istiot əlavə edib bişiririk.
  4. 4.Qiymənin suyu çəkiləndən sonra tomat sousu əlavə edirik və dərhal xəngəli üzərinə düzüb qapağını örtürük.
  5. 5.Xəngəl tam yumşalandan sonra üzərinə rəndələnmiş mozzarella əlavə edirik və 5-10 dəqiqə qapağı bağlı şəkildə vam odda bişiririk.

Qeydlər

  • Tomat sousunu böyük marketlərdə tapa bilərsiniz, üzərində adətən "passata di pomodoro" yazılır. Tapa bilməsəniz, adi tomat pastasını su ilə qarışdıra bilərsiniz.

Ət reseptləriMakaron reseptləriİtalyan mətbəxi reseptləri