Xırçıltılı Əzilmiş Kartof

YouTubeƏlavə olunub: 31 Avqust 2026

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Fərqli reseptləri yoxlamağıma baxmayaraq, kartoflarım trend videolarda gördüyüm kimi xırçıltılı alınmadı və bu qənaətə gəldim ki, xırçıltılılıq kartofun növündən asılıdır. Amma yenə də bu reseptlə ən yaxşı nəticəni aldım.

Qaynatmaq üçün

Ədviyyatlama üçün

Sous üçün

Üzəri üçün

Hazırlanma qaydası

  1. 1.Çalışın ortadan bir az balaca kartof seçin. Kartofu birinci yaxşıca yuyuruq.
  2. 2.Su dolu qazana kartof, soda və duz əlavə edib içi yumşalana kimi qaynadırıq (təxmini 25-30 dəqiqə).
  3. 3.Hazır olandan sonra suyunu süzüb soyumasını gözləyirik.
  4. 4.Sonra quru qabda ədviyyatları və bitki yağını əlavə edib qarışdırırıq.
  5. 5.Soba listinin üzərinə yağlı kağız əlavə edirik, kartofları üstünə düzüb stəkanın dibi ilə əzirik.
  6. 6.Qabda qalan ədviyyatlı yağı üzərinə bərabər şəkildə yayırıq və əvvəlcədən 205 C dərəcədə alt-üst rejimdə qızdırılmış sobanın orta səviyyəsinə qoyub üstü qızarana kimi bişiririk (təxmini 25-35 dəqiqə).

Qeydlər

  • Mütləq qarğıdalı və ya günəbaxan yağından istifadə edin, əks halda xırçıltılı olma ehtimalı azalır və yüksək bişmə dərəcəsində yağ yanacaq.

Vegetarian reseptləriQəlyanaltı reseptləri