Yapon Çizkeyki

YouTubeƏlavə olunub: 25 Fevral 2025

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Bundan əvvəl bir neçə resept araşdırıb sınamışam, lakin heç biri uğurlu olmayıb. Amma bu resept həm dad, həm də forma baxımından özünü doğrultdu. Formanın diametri 15 sm üçündür.

Ərzaqlar

Hazırlanma qaydası

  1. 1.Hazırlamağa başlamazdan əvvəl sobanı 210 dərəcəyə kimi qızdırın və formaları hazır edin, çünki xəmir hazır olduqdan sonra birbaşa sobaya getməlidir. Formanın dibinə və divarlarına yağlı kağız qoyun ki, keks hazır olanda rahat çıxsın.
  2. 2.Əvvəlcədən yumurtanın ağını sarısından ayırmaq lazımdır. Ağı ayırandan sonra üzərini örtün ki, havalanmasın. Bütün ərzaqlar otaq temperaturunda olmalıdır.
  3. 3.Krem pendiri, kərə yağı, vanilli şəkər və südü buxarın üzərində qarışdırın. Sonra buxardan götürüb yumurtanın sarısını əlavə edib qarışdırın.
  4. 4.Daha sonra un və qarğıdalı nişastasını ələkdən keçirib qarışdırın və 10-15 dəqiqə soyuducuya qoyun.
  5. 5.Yumurtanın ağına şəkər tozu və limon şirəsi əlavə edib mikserlə köpükləndirin. İlk əvvəl köpük yaranana qədər yüksək sürətlə qarışdırın, sonra isə aşağı sürətlə. Köpük o hala çatmalıdır ki, qabı çevirdikdə düşməsin və mikserin ucunu batırıb çıxardanda zirvələr yumşaq olsun, bir az əyilsin (yumşaq piklər).
  6. 6.Köpüyün 1/3 hissəsini xəmirə əlavə edib homojen olana kimi qarışdırın, daha sonra qalan hissəni əlavə edib silikon spatula ilə altdan yuxarıya doğru bir istiqamətdə qarışdırın.
  7. 7.Alınan xəmiri formaya tökün, formanın altına qab qoyub həmin qabın içinə qaynar su əlavə edin (su hamamı).
  8. 8.Əvvəlcədən qızdırılmış sobanın orta səviyyəsinə qoyun. Çizkeyk 2 pillə bişirilməlidir: əvvəlcə 200 dərəcədə 18-21 dəqiqə (üstünün qızarması üçün), sonra 110 dərəcədə 1 saat. Bişdiyi zaman sobanın qapısını açmayın.

Qeydlər

  • Diqqət edin ki, yumurta təzə olsun və ağın içinə heç bir qatqı (su, yumurtanın sarısı) düşməsin, çünki əks halda köpüklənmə mümkün olmayacaq.
  • Yumurta ağını çırparkən xüsusən diqqətli olmaq lazımdır, çünki daha az və ya çox müddət mikserlə qarışdırsaq keks alınmayacaq.

Şirniyyat reseptləriXəmir və çörək reseptləriAsiya mətbəxi reseptləriVegetarian reseptləri