Ərzaqlar
Hazırlanma qaydası
- 1.Əvvəlcədən ayranı hazırlayırıq (qatıq, su, duz).
- 2.Soğan və sarımsağı xırda doğrayıb kərə yağında qovururuq.
- 3.Quzu maçasını yuyub, una batırıb üstünü bir az qızardırıq.
- 4.Ayranı əlavə edib qapağı bağlı şəkildə orta odda 30 dəqiqə bişiririk.
- 5.Sonra maçaları çevirib əlavə 30 dəqiqə bişiririk.
- 6.Ayran yağa düşəndən sonra yemək hazırdır. Nuş olsun!