Bamiyə (Tulumba)

YouTubeƏlavə olunub: 22 Sentyabr 2026

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Xəmir üçün

Şərbət üçün

Qızartmaq üçün

Hazırlanma qaydası

  1. 1.Şərbət üçün qazana su və şəkər tozu əlavə edib şəkər həll olunana qədər qaynadın. Darçın çubuğu və limon suyu əlavə edib 15 dəqiqə vam odda qaynadın və kənara qoyub soyudun.
  2. 2.Qazana su, kərə yağı, şəkər tozu, duz və limon duzu əlavə edib qarışdırın.
  3. 3.Su qaynadıqda un əlavə edin və vam odda yaxşıca qarışdıraraq xəmir halına gətirin.
  4. 4.Oddan götürün, xəmir ilıdıqdan sonra yumurtaları bir-bir əlavə edib qarışdırın (mikserlə də etmək olar).
  5. 5.Hazır xəmiri ucluq taxılmış konditer torbasına doldurun.
  6. 6.Xəmiri ilıq yağa sıxaraq kəsin və vam-orta odda qızardın. Xəmiri sıxan zaman yağ qaynar olmamalıdır.
  7. 7.Qızaran bamiyələri kağız dəsmalın üzərinə çıxararaq artıq yağını çəkdirin, ardından dərhal soyuq şərbətə salıb bir neçə dəqiqə saxlayın və çıxarın.

Şirniyyat reseptləriXəmir və çörək reseptləriAzərbaycan mətbəxi reseptləriTürk mətbəxi reseptləri