Şəkər əlavə etmədən yetişmiş bananlardan keks.
Ərzaqlar
Hazırlanma qaydası
- 1.Bananları çəngəllə püre halına gətirin.
- 2.Yumurtaları əlavə edib mikserlə qarışdırın.
- 3.Unu və qabartma tozunu ələyib xəmirə qatın, topaq qalmasın. Bu pillədə diqqətli olmaq lazımdır, çünki çox və yüksək sürətdə qarışdırmaq olmaz, əks halda keks qalxmayacaq və içi çox nəm qalacaq. Bunun üçün mikserin xəmir yoğuran başlıqlarını taxıb ən aşağı sürətdə qarışdırın.
- 4.Şokoladı doğrayıb, qarışıma əlavə edin və spatula ilə yüngülcə qarışdırın.
- 5.Yağlı kağız sərilmiş (və ya çox nazik yağlanmış) formaya xəmiri boşaldın.
- 6.Əvvəlcədən 180 °C-yə qızdırılmış sobada təxminən 35 dəqiqə bişirin. Diş çöpünə xəmir yapışmırsa — hazırdır.
Qeydlər
- Formanın diametri 26 sm olmalıdır.
- Keks bişən zaman sobanı açmayın.
- Keks bişəndən sonra sobanı söndürüb qapını 2-3 sm açıq qoyub 10-15 dəqiqə gözləyin ki, keks yavaş soyusun, əks halda "yata" bilər.
- Keksin içi bir az nəm və tünd ola bilər, bu bananlı keks üçün normaldır.
Xəmir və çörək reseptləriŞirniyyat reseptləriVegetarian reseptləri