Bişirmədən Hazırlanan Mavigiləli Çizkeyk

YouTubeƏlavə olunub: 12 Avqust 2026

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

Çox dadlı və sadə. İsti yay günləri üçün idealdır!

Ərzaqlar

Hazırlanma qaydası

  1. 1.Mavigilə, şəkər və limon şirəsini vam odda qızdırırıq. Eyni anda qarğıdalı nişastasını 3 x.q. sərin suda həll edirik, sonra qarışdıraraq bişən mavigiləyə əlavə edirik. Qatlaşdıqdan sonra ocaqdan götürüb tam soyumasını gözləyirik.
  2. 2.Biskviti toz halına gətirib əridilmiş kərə yağı ilə qarışdırırıq. Yapışmayan formanın dibinə yağlı kağız qoyub üzərinə biskviti əlavə edərək sıxlaşdırırıq.
  3. 3.Ayrı qabda krem çiz, şəkər pudrası və vanilini qarışdırırıq. Sonra üzərinə yağlı qaymaq əlavə edib krem halına gələnə qədər qarışdırırıq. Formaya əlavə edib düzləşdiririk və əvvəlcədən hazırladığımız, tam soyumuş mavigilə cemini üzərinə çəkirik. Sonda ən azı 6 saat soyuducuda saxlayırıq. Nuş olsun!

Şirniyyat reseptləriVegetarian reseptləri