Ərzaqlar
Keks üçün
Krem üçün
Cem üçün
Hazırlanma qaydası
- 1.Kərə yağını süddə əridirik və otaq temperaturuna kimi soyuduruq.
- 2.Ayrı qabda un, kakao və qabartma tozunu ələkdən keçirib qarışdırırıq.
- 3.Yumurtaların ağını sarısından ayırırıq və ayrı qablarda mikserlə çalırıq.
- 4.Sarını çalmamışdan əvvəl 50 q şəkər tozu və vanilin qatırıq.
- 5.Yumurtanın ağını birinci köpük halına kimi çalırıq, sonra şəkərin qalanını (150 q) qatırıq.
- 6.Sarının rəngi ağaranda və həcmi artanda yumurta ağına qatırıq və ehtiyatla silikon qaşıqla altdan yuxarı qarışdırırıq.
- 7.Sonra un və kakao qarışımını əlavə edib qarışdırırıq.
- 8.Xəmiri yağlı kağız sərilmiş soba listinə əlavə edib əvvəlcədən 170 dərəcəyə qızdırılmış sobada təxminən 20 dəqiqə bişiririk və bişməsini çöplə yoxlayırıq.
- 9.Biskvit bişəndən sonra üstünü örtüb soyumağını gözləyirik.
- 10.Cem üçün çiyələyi orta odda şəkər tozuyla qaynar hala gətiririk. Əvvəlcədən soyuq su ilə qarışdırılmış qarğıdalı nişastasını əlavə edirik və 2-3 dəqiqə qaynadırıq.
- 11.Cemin üstünü qida plonkası ilə örtüb soyumağını gözləyirik.
- 12.Qaymaqlı pendiri, qaymağı və şəkər pudrasını mikserlə krem halına kimi çalırıq.
- 13.Sonda biskviti diametri 10-12 sm olan yumru forma ilə kəsirik və tortu yığırıq.
Qeydlər
- Biskvit bişərkən ilk 20 dəqiqə ərzində sobanın qapısını açmayın.
- Krem üçün istifadə olunan qaymaq mütləq minimum 33% yağlılıqda olmalıdır.
- Cem üçün dondurulmuş çiyələkdən də istifadə edə bilərsiniz.
Xəmir və çörək reseptləriŞirniyyat reseptləriVegetarian reseptləri