10 ədəd qutab üçün nəzərdə tutulub (stəkan həcmi: 200 ml).
Xəmir üçün
İçlik üçün
Hazırlanma qaydası
- 1.Una duz və tədricən su əlavə edib xəmir yoğurun, üstünü örtüb 30-40 dəqiqə dincəldin.
- 2.Xəmiri 10 bərabər yerə bölüb kündələyin və yenidən üstünü örtün.
- 3.Əti və soğanı ətçəkəndən keçirin, duz və istiot əlavə edib qarışdırın.
- 4.Qiyməni tavaya qoyub orta odda, qapağı bağlı şəkildə rəngi bozarana qədər yarımçıq bişirin (qutabın quru olmaması üçün suyunun tam çəkilməməsinə diqqət edin).
- 5.Kündələri nazik yayın, içlikdən qoyub aypara şəklində bükün.
- 6.Qutabları qızmar quru tavada və ya sacda hər iki üzünü bişirin.
Ət reseptləriXəmir və çörək reseptləriQəlyanaltı reseptləriAzərbaycan mətbəxi reseptləri