Əsl italyan pizza resepti — evdə hazırlaya biləcəyiniz ən ideal xəmir resepti!
Xəmir üçün
Sous üçün
İçlik üçün (zövqə görə)
Hazırlanma qaydası
- 1.Mayanı una qatıb qarışdırın, ayrı bir qabda isə duzu suda həll edin.
- 2.Unun əsas hissəsini duzlu suya qatıb qarışdırın. Unun qalan hissəsini xəmir konsistensiyası alana qədər tədricən əlavə edin.
- 3.Şəkər tozu və zeytun yağını əlavə edib xəmiri 20 dəqiqə yoğurun.
- 4.Yoğrulmuş xəmirin üstünü örtüb 20 dəqiqə dincəldin.
- 5.Xəmiri 4-6 hissəyə bölüb kündələyin, üstünü örtüb 6-8 saat saxlayın.
- 6.Sous üçün olan bütün ərzaqları bir qabda yaxşıca qarışdırın.
- 7.Kündələri əllə açaraq bişirmə kağızının üzərinə qoyun.
- 8.Xəmirin üzərinə tomat sousu çəkin, rəndələnmiş mozzarella və zövqə görə digər içlik ərzaqlarını düzün.
- 9.Soba listini tərs çevirərək sobanı maksimum dərəcəyə qədər qızdırın.
- 10.Pizzanı bişirmə kağızı ilə birlikdə qızmış soba listinin üzərinə yerləşdirin və xəmir hazır olana qədər bişirin (275 °C dərəcədə təxminən 10 dəqiqə).
Qeydlər
- Duz maya ilə birbaşa təmasda olmamalıdır, əks halda mayanın fəaliyyətini zəiflədə bilər.
- Pizzanın ideal bişməsi üçün sobanın temperaturu mümkün qədər yüksək olmalıdır.
Xəmir və çörək reseptləriİtalyan mətbəxi reseptləriSous reseptləri