Mərci çörəyi adi çörəyə nisbətən daha çox zülal (protein) və lif ehtiva edir, qanda şəkəri yavaş yüksəldir və uzun müddət tox saxlayır. Buna görə də diyetik sayılır. Bu elə bir çörəkdir ki, bəzilərinin çox xoşuna gəlir, bəziləri isə sevmir. Səmimi desəm mənim zövqümə çox uyğun olmadı, çünki klassik çörək dadı vermir və fərqli bir tamı var.
Ərzaqlar
Mikser üçün
Mikserdən sonra
Üzəri üçün
Hazırlanma qaydası
- 1.Mərcini suyu şəffaf olana qədər yuyuruq və 1 gecə suda saxlayırıq.
- 2.Səhərisi gün mərcinin suyunu süzüb təmiz suyun altında bir daha yuyuruq.
- 3.Mikser üçün olan ərzaqları blenderə əlavə edib eynicinsli hala gələnə qədər qarışdırırıq.
- 4.Daha sonra kəsmik, şüyüd və yuyulmuş, 10 dəqiqə suda saxlanılmış kətan toxumu əlavə edib qarışdırırıq.
- 5.Çörək formasına soba kağızı sərib yağlayırıq, qarışımı formaya töküb üzərinə günəbaxan və balqabaq tumları (və ya küncüt) səpirik.
- 6.Çörək formasında bişirəcəksinizsə, əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada, orta rəfdə 50–60 dəqiqə bişirin. Adi 20×25 sm ölçülü formadan da istifadə edə bilərsiniz, bu halda əvvəlcədən 200 dərəcədə qızdırılmış sobada 30 dəqiqə bişirmək kifayətdir.
- 7.Doğramazdan əvvəl çörəyi ən azı 30 dəqiqə soyudun. Nuş olsun!
Qeydlər
- Mərcini 1 gecədən çox suda saxlamayın, çünki həddindən artıq su çəkəcək.
Xəmir və çörək reseptləriVegetarian reseptləriSəhər yeməyi reseptləriQəlyanaltı reseptləri