Qırmızı Məxmər Peçenyə

YouTubeƏlavə olunub: 11 Fevral 2025

Resept və video: Osman Cho

YouTube-da baxWhatsApp ilə göndər

14 Fevralda sevgilinizi təəccübləndirmək üçün ideal desert: Qırmızı Məxmər Peçenyə.

Ərzaqlar

Hazırlanma qaydası

  1. 1.Quru ərzaqları mütləq ələkdən keçiririk.
  2. 2.Ayrı qabda otaq hərarətində olan yumurta, süd və 1 çay qaşığı qırmızı qida boyasını qarışdırırıq.
  3. 3.Sonra otaq hərarətində olan kərə yağını və hazırladığımız qırmızı mayeni quru ərzaqlara qatırıq və xəmir formalaşana qədər qarışdırıb yoğururuq.
  4. 4.Bundan sonra xəmirin üstünü örtüb mütləq ən azı 2 saatlıq soyuducuya qoyuruq (gecə qalsa da olar).
  5. 5.Xəmir tam soyuyandan sonra qoz ölçüsündə kündələr hazırlayıb şəkər pudrasına yaxşıca batırırıq.
  6. 6.Hazırladığımız şəkərli kündələri yağlı kağızın üzərinə aralı düzüb əvvəlcədən 190 dərəcədə qızdırılmış sobada alt-üst rejimdə orta səviyyədə 12 dəqiqə ərzində bişiririk.

Qeydlər

  • Nəzərə alın ki, kakao tünd olmasın, əks halda zəngin qırmızı rəngin yerinə tünd qırmızı-qəhvəyi rəng alınacaq.
  • Qida boyası su kimi duru olmalıdır.
  • Pudranı xəmirin üstündən çırpmayın ki, çatlayanda gözəl kontrast alınsın.

Xəmir və çörək reseptləriŞirniyyat reseptləriBayram süfrəsi üçün reseptlər